Paytaxtda dilənçiliyin qarşısı necə alınır? - DİN RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Paytaxtda dilənçiliyin qarşısı necə alınır? - DİN RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

"Avara və tüfeyli həyat tərzi yaşayan şəxslər neqativ əməllər törədən zaman və digər vətəndaşların sərbəst hərəkətinə maneə olan zaman bu və ya digər şəkildə ictimai asayişi pozduqları halda polis əməkdaşları tərəfindən aşkarlanır və qeydiyyatda olduqları ünvanlara göndərilirlər". Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O, qeyd edib ki, əgər avaralıq və tüfeyli həyat tərzi sürən şəxs azyaşlıdırsa, yetkinlik yaşına çatmayıbsa onlar valideynlərinə təhvil verilirlər: "Onların valideynləri ilə danışıqlar aparılır və uşaqlarına nəzarət etmələri tələb olunur".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə