"Plastik butulkalarda satılan sular xərçəng xəstəliyi yarada bilər" -AÇIQLAMA
"Plastik butulkalarda satılan sular müasir dövrümüzdə ən çox istifadə olunan məhsulların sırasındadır. Belə suların bir çox hallarda təhlükəli olduğu qeyd olunsa da, həmin sular bir çox insan tərəfindən istifadə olunur".
Bu sözləri SİA-ya verdiyi açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib.
O qeyd edib ki, plastik butulkalarda satılan sular daşınmasının və istifadəsinin praktik olmasıyla yanaşı həm də ucuzdur deyə çox istehsal və istehlak olunur. Lakin onların insan orqanizminə və təbiətə zərər vurduğu artıq dünyaya məlumdur: "Bir çox inkişaf etmiş ölkələrdə nəinki plastik butulkalardan, eyni zamanda plastik çəngəl-bıçaqlardan, boşqablardan istifadə etmək belə qadağan olunmuşdur. Sözügedən məhsulların istehsalında plasmasdan, plasmas qarışıq kimyəvi maddələrdən istifadə olunur və bu maddələr tempratur dəyişikliyinə məruz qaldıqda həmin qidalara, xüsusən sulara keçərək insan orqanizmində zəhərlənməyə səbəb olur. Eyni zamanda "Bisfenol A" şəklində yaranan politeninin tərkibindəki maddə insan orqanizminə zərərlidir. Bu maddələr yuxarı tənəffüs yollarında xəstəliklərin yaranmasına, onkoloji xəstələrdə xərçəng hüceyrələrinin yaranmasına, eyni zamanda mütəmmadi olaraq belə qablardan istifadə edən şəkər xəstələrinin xəstəliyinin inkişaf etməsinə səbəb olur. Bir dəfəlik istifadə üçün nəzərdə tutulan qablar adından da məlum olduğu kimi, atılmalıdır. Lakin bir çox hallarda bu qaydaya əməl olunmur. Həmin qablar bir neçə dəfə istifadə olunur. Belə olduqda sağlamlıq üçün ekstra risk təşkil edir. Çünki plastik qutularda su hazırlanan zaman mütləq müəyyən qaydalara əməl olunmalıdır və həmin butulkalar su doldurulmadan əvvəl bir çox emal prosesindən keçməlidir. Daha sonra azonla doldurulma və suyun təmizlənmiş şəkildə butulkaya doldurulması həyata keçirilir".
Məhsəti Hüseynova qeyd edib ki, ölkə ərazisində tez-tez manitorinqlər aparılsa da, heç də bütün satılan sular standartlara cavab vermir: "Təəssüf ki mənşəyi bəlli olmayan yerdən doldurulub satılan bəzi sular insan orqanizmi üçün çox təhlükəlidir. Yaxşı olar ki, mənşəyi bəlli olan, özünü isbatlamış markalardan istifadə edilsin. Mümkündürsə yaşlılar, hamilələr, azyaşlılar, xroniki xəstəliyi olan insanlar plastik qutularda satılan sulardan heç istifadə etməsin. Onlar daha çox şüşə butulkalardan istifadə etsələr daha yararlıdır. Şüşə butulkalar təkrar istifadə üçün yararlıdır. Bununla yanaşı bu zaman suyun tərkib hissəsi də dəyişmir. Plastik butulkalardaki sular çox vaxt açıq günəş altında satışda olur və daha sonra bir neçə dəfə soyuducudan çıxardılıb, təkrar günəş şüalarına məruz qalır və bu daha təhlükəlidir. Çünki istiliyə məruz qalan plastik butulkalar politeninin tərkibinin dəyişməsinə gətirib çıxardır. Həmin butulkalara isti çay, digər isti mayelər tökürlər ki bu da birbaşa qəbul edildikdə butulkanın tərkibindəki zərərli kimyəvi maddələr birbaşa insan orqanizminə keçir. Əgər plastik butulkadakı su istiliyə məruz qalırsa "polivinil xlorid" adlı maddə suyun tərkibinə keçib, insan orqanizmində birbaşa xərçəng xəstəliyi yarada bilir və xərçəng xəstələrində sürətli şəkildə xəstəliyin ağırlaşmasına gətirib çıxardır.
Sözügedən qablarda satılan suları alırıqsa etibarlı markaları, böyük marketlərdən, düzgün şəkildə saxlanılan yerlərdən almaq lazımdır. Köşklərdən və yaxud saxlanma şəraiti uyğun olmayan marketlərdən bu kimi sulardan almaq tövsiyyə olunmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB