Həkim məsləhəti olmadan fizioterapiyaya getmək olar? - FİZİOTERAPEVT DANIŞDI

Həkim məsləhəti olmadan fizioterapiyaya getmək olar? - FİZİOTERAPEVT DANIŞDI

“Fizioterapiyaya tibbin müxtəlif sahələrindən xəstələr yönləndirilir. Böyük əksəriyyətlə xəstələr fizioterapiyadan sonra tamamilə sağalırlar. Məsələn sınıqdan sonrakı bərpaetmə dövründə fizioterapiyanın çox köməyi olur. Bəzi hallarda isə fizioterapiyaya ildə bir neçə dəfə müraciət edilməsi tövsiyyə edilir”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, bel yırtıqları zamanı xəstələrə ən azından ildə iki dəfə fizioterapiya məsləhət görülür: “Eyni zamanda əzələ gərginliklərinə də fizioterapiyanın köməyi çoxdur və ildə bir neçə dəfə tövsiyyə olunur.

Fizioterapiyanın insan orqanizminə qan dövranını, toxumalarda təchizatı yaxşılaşdırmaq və s. bu kimi bir çox müsbət təsirləri var. Fizioterapiyanı xəstəliyə və onun dövrünə uyğun şəkildə təyin etmək vacibdir. Buna görə də həkim məsləhəti olmadan fizioterapiyaya getmək düzgün deyil. Mütləq şəkildə ixtisaslı həkimə müraciət etmək lazımdır və fizioterapevt həkimlə birgə qərar verildikdən sonra fizioterapiya təyin edilməlidi. Bu halda fizioterapevt həkim hansı fizioterapevtik növdən, hansı metoddan və hansı zaman aralığında istifadə ediləcəyinə qərar verir.

Hazırda dünyada fizioterapevtik prosedurlar o qədər çox yayılıb ki, fizioterapiyaya əks göstəriş demək olar ki, yoxdur. Çünki fizioterapiya məhz fiziki faktorlarla müalicədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə