Gənclər kinoteatrlarda ən çox hansı filmlərə maraq göstərir? - "PARK CİNEMA"DAN AÇIQLAMA

Gənclər kinoteatrlarda ən çox hansı filmlərə maraq göstərir? - "PARK CİNEMA"DAN AÇIQLAMA

"Hazırda nəinki ölkəmizdə, bütün dünyada tamaşaçılar daha çox komediya və fantastika janrında filmlərə maraq göstərir".

Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Park Cinema"nın mətbuat katibi Səbinə Bağırova bildirib.

O, qeyd edib ki, gənclərin daha çox komediya və fantastika janrında olan filmlərə maraq göstərməsi başadüşüləndir: "İnsanlar kinoteatrlara əsasən əylənməyə, dincəlməyə gəlirlər. Bu məqamda isə daha çox həyatın problemlərindən uzaqlaşıb müsbət enerjili filmlər izləmək istəyirlər. Statistikaya nəzər salsaq, 2023-cü ilin ilk yarım ilində ən çox izlənilən filmlər arasında ilk sıralarda yerli istehsal olan “Evdə Qalmış” və “Elçilik” filmləri yer alır. Bunların hər ikisi komediya janrında filmlərdir. Xarici istehsal olan filmlərdən isə “Qalaktika Mühafizəçiləri”, “Qarışqa-adam 3”, “Kutsal Damacana” və “Avatar: Suyun Yolu” filmləri olub. Çoxluq komediya və fantastika janrında filmlər təşkil edir".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə