Bəhruz Quliyev: "Media güclü sosial-psixoloji silahdır"

Bəhruz Quliyev: "Media güclü sosial-psixoloji silahdır"

"Dövlət kibertəhlükəsizlik sahəsində çox ciddi addımlar atıb. İnsan hüquqlarının qorunması istiqamətində kifayət qədər qanunlarımız var. Yəni, dövlətin məqsədi bəllidir. Amma əsas məsələ cəmiyyətin buna adekvat olaraq cavab verə bilməsidir". SİA xəbər verir ki, bu sözləri "Sosial kibertəhlükəsizlik və dezinformasiya" mövzusunda keçirilən tədbirdə SƏS Media Qrupunun təsisçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, SƏS Media Qrupu artıq bir neçə dəfə kiberhücuma məruz qalıb: "İllərdir ki, Azərbaycanı sevməyən qüvvələr tərəfindən kiberhücumların ağırlığını üzərimizdə hiss etmişik. Bu cür hücumlar ən çox ideoloji iş aparan resurslara qarşı olur. "SƏS" adı ilə fəaliyyət göstərən bütün "YouTube" kanallarımıza kiberhücum oldu. Bir neçə əlavə ideoloji iş aparan televiziyalar da bundan öz payını aldı. Amma hesab edirəm ki, ən çox əziyyəti biz çəkdik. 35 mindən artıq videoçəkilişlərimiz məhv oldu və biz hələ də onları bərpa etməkdəyik. Təcrübə göstərir ki, çox ehtiyatlı olmalıyıq. Çünki bu qarşısıalınmaz bir hərəkatdır. Mətbuat, media güclü sosial-psixoloji silahdır. Bu silahla hətta terror belə törətmək olar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə