"Source hacking"in əsas qurbanı jurnalistlərdir" - MÜTƏXƏSSİS DANIŞDI

"Source hacking"in əsas qurbanı jurnalistlərdir" - MÜTƏXƏSSİS DANIŞDI

"Source hacking" pis niyyətlə istifadə olunsa da, böyük yaradıcılıq tələb edir. "Source hacking"in əsas qurbanı jurnalistlərdir. Sosial şəbəkələrdə hər hansı saxta məlumat yayılırsa, jurnalistlər də bu məlumatlardan istifadə edərək xəbər hazırladığı üçün qurbana çevrilir. Ona görə də jurnalistlərdən daha diqqətli olmaq tələb olunur". SİA xəbər verir ki, bu sözləri PR mütəxəssis, ekspert Anar Əsgərov "Sosial kibertəhlükəsizlik və dezinformasiya" mövzusunda keçirilən təlimdə deyib.

Mütəxəssis qeyd edib ki, "Source hacking" hədəfləri həm də media rəhbərləri, influenserlər, bloqerlər, mətbuat katibləri və siyasətçilərdir: "Sosial kiberhücumları təşkil edənlərdə bu saydığım təbəqədən insanların siyahısı olur.

"Source hacking"in üsullarına saxta saytlar, profillər, açarsözlər, məlumatın sızması kimi təqdim olunan saxta sənədlər, viral lozunqlardır. İnsanlar bəzən bunların dəqiqliyini yoxlamırlar.

"Source hacking"lər əsasən həftəsonu baş verir. Çünki insanların əksəriyyəti istirahətdə olur. Onlar yaydıqları saxta məlumatın sübutu üçün daha çox vaxt istifadə olunsun və insanlar sosial şəbəkələrdə bu məlumatı daha çox müzakirə etsin deyə həftəsonu həyata keçirirlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə