"Kibertəhlükəsizlik ilə sosial kibertəhlükəsizlik arasında müəyyən fərq var. Kibertəhlükəsizlik böyük bir təhdidə çevrilib. Amma texnologiya inkişaf etdikcə kibertəhlükəsizlik həm də sosial kibertəhlükəsizlik anlayışını ortaya çıxarıb". SİA xəbər verir ki, bu sözləri PR mütəxəssis, ekspert Anar Əsgərov "Sosial kibertəhlükəsizlik və dezinformasiya" mövzusunda keçirilən təlimdə söyləyib.
O bildirib ki, kibertəhlükəsizliyin məqsədi hansısa texnologiyaya, məlumata hücumdursa, sosial kibertəhlükəsizliyin əsas hədəfi insanlardır: "Hər hansı maraqlı tərəfin rəqəmsal mühitdə müxtəlif texnoloji üsul və alətlərdən istifadə edərək başqa bir ölkənin cəmiyyətinin, müxtəlif sosial təbəqələrinin həm rəqəmsal, həm də real həyatdakı davranışlarına etdiyi təsirə sosial kiberhücum deyilir.
Sosial kiberhücumlarla mübarizə aparan qurumlara kibertəhlükəsizlik qurumları deyilir. Onun tarixinə baxsaq, dezinformasiyanın, manipulyasiyanın yarandığı dövrlərə gedib çıxır.
Əvvəllər ölkələr öz İnformasiya mühitini ənənəvi medialar vasitəsilə mərkəzləşdirə bilirdi. Lakin artıq belə deyil. Bir insan dezinformasiya taktikaları, botlar, trollarla istədiyi başqa bir ölkənin insanına təsir edə bilir. Bunun müxtəlif yolları var. Əsas üsullardan biri isə sosial kiberhücuma məruz qoymaq istədiyi ölkənin mediasına toxunmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB