"Yaşadığımız dövrdə məlumatın qorunması zərurəti yaranıb" - EKSPERT DANIŞDI

"Yaşadığımız dövrdə məlumatın qorunması zərurəti yaranıb" - EKSPERT DANIŞDI

"Kibertəhlükəsizlik dedikdə kompyuterin, mobil telefonların, eləcə də məlumatın özünün təhlükəsizliyi və onun zərərli hücumlardan qorunması nəzərdə tutulur". SİA xəbər verir ki, bu sözləri "Sosial kibertəhlükəsizlik və dezinformasiya" mövzusunda keçirilən təlimdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının müəllimi Zümrüd Əlizadə deyib.

O qeyd edib ki, dünya hüquq ədəbiyyatlarına nəzər saldıqda kibertəhlükəsizliyin universal bir tərifinə rast gəlməsək də, beynəlxalq mənada ən çox qəbul olunan anlayış ondan ibarətdir ki, şəxslərin təhlükəsizlik təminatını artırmaq məqsədilə siyasət, texnologiyalar və təhsil vasitəsilə məlumatın, onun infrastrukturunun, məxfiliyinin qorunmasını nəzərdə tuturuq: "Yaşadığımız informasiya cəmiyyətində həm istifadə olunan mobil cihazların, rəqəmsal platformaların və onların istifadəçilərinin sayının artması öz bərabərində məxfi məlumat axınını artırıb. Bu da məlumatların qorunması zərurətini ortaya qoyur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə