Heydər Əliyev: Tarixin axarını dəyişən lider

Heydər Əliyev: Tarixin axarını dəyişən lider

Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kürdəbaz-Qarğalıq kitabxana filialında Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev: Tarixin axarını dəyişən lider” mövzusunda tədbir keçirilib. Tədbirdə yuxarı yaş qrupundan olan oxucular iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən filalın müdiri Solmaz Ağayeva bildirib ki, may ayının 10-da Azərbaycan xalqı qarşısına tarixində misilsiz xidmətləri mili dövlətçilik tariximizə müstəsna şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasından 100 -cü ildönümü təntənəli şəkildə qeyd olunub. Diqqətə çatdırılıb ki, hazırda dünyada yaşayan 50 milyona yaxın azərbaycanlı müasir Azərbaycanın memarı, görkəmli siyasi və dövlət xadimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu dəstəkləyir.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Aybəniz Həsənova vurğulayıb ki, şərəfli və mənalı ömrünü xalqa xidmətə həsr etmiş ulu öndərin ən dəyərli fəaliyyəti Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Azərbaycan sabit və inkişaf edən dövlətə çevrilərək dünyanın nüfuzlu ölkələri arasında öz layiqli yerini tutub.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə