Ulu Öndərin 100 illiyinə həsr olunmuş sərgi keçirilib

Ulu Öndərin 100 illiyinə həsr olunmuş sərgi keçirilib

Bu gün Rəssamlar İttifaqında Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. SİA xəbər verir ki, sərgi Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət məktəbinin rəssamlıq sinfinin şagirdlərinin rəsmlərindən ibarətdir. Sərgidə bir çox ictimai, incəsənət xadimləri iştirak edib.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Heydər Əliyev İli”nin əhəmiyyətini vurğulayıb: “Gözəl günlər yaşayırıq və daha gözəl günlərin ərəfəsindəyik. Ümumiyyətlə 2020-ci ildən bəri keçirilən tədbirlərimiz böyük bir ruh yüksəkliyi ilə baş tutur. Bunun səbəbi 44 günlük müharibədə qazandığımız qələbədir. Cənab Prezidentin də qeyd etdiyi kimi Ulu Öndərin vəsiyyətini həyata keçirdik. Eyni zamanda bu il “Heydər Əliyev İli” elan edilməsi də özündə böyük əhəmiyyət daşıyır. Bu sayədə keçirilən tədbirlərin hər biri öz xüsusiliyi ilə keçirilir. Bu gün sərgidə iştirak edən bütün şagirdlər də inanıram ki, uğurlu həyat yolu keçəcəklər”. Daha sonra isə söz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verilib: “İlk növbədə Rəssamlar İttifaqına sərginin keçirilməsinə razılıq verdikləri üçün dərin təşəkkürümü bildirirəm: “Cənab Prezidentin sərəncamı ilə bu il “Heydər Əliyev ili” elan edilib. Bu çərçivədə bir çox istiqamətlərdə tədbirlər keçirilir. Eynilə də bu gün Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərinin Rəssamlar İttifaqında sərgiyə çıxarılması da bu çərçivədə keçirilən tədbirlər çərçivəsində olduqca gözəl bir addımdır. Hər kəsi rəsmlərə baxmağa dəvət edirəm, ümid edirəm ən az mənim qədər sizlərə də maraqlı olacaq”.

Çıxışlar bitikdən sonra sərginin açılışı baş tutub, şagirdlərin rəsm əsərləri izləyənlərdə xeyli maraq doğuraraq, bəyənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə