Bakı şəhər Dövlət Yol Polisi maped və moto idarə edən sürücülərə xəbərdarlıq edib. Bakı şəhər DYPİ-nin rəsmisi polis mayoru Araz Əsgərli SİA-ya bildirib ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və moto idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaqla xüsusəndə motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə hallarının çoxaldığını vurğulayıb.
Əvvala onu qeyd etməliyik ki, moto dəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır ki, bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır.
Bütün moped və moto idarə edən sürücülərə eləcədə onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik. Moto dəbilqədən istifadə etməyən sürücüləri İXM-nin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhkükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB