Paytaxt ərazisində ən çox hansı qaydalar pozulur ? - QURUM RƏSMİSİ AÇIQLADI
"Bakı şəhərində birmənalı şəkildə yolda ən çox pozulan qaydalardan biri dayanma-durma qaydalarıdır. Hansı ki, bu qayda pozuntularına məhz şəhər mərkəzindəki yollarda daha çox rast gəlinir. Bir sözlə İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin tələbləri paytaxt ərazisində çox pozulur". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, birləşdirici yollarda qayda pozuntusu adətən sürət həddi ilə bağlı olur: "Ümumilikdə isə sürət həddinin aşılması və dayanma-durma xaricində də bir çox qayda pozuntuları müşahidə olunur. Bu cür halların qarşısının alınması üçün isə gündəlik xidmət aparılır".
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB