Masallı Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Musakücə kəndində keçirilib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Musakücə ərazisində keçirib. İcra Hakimiyyətinin başçısı qəbula gələnləri salamlayıb və səyyar görüş-qəbulunu açıq elan edib.
Daha sonra sözü Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynova verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.
ƏLİHÜSEYN ŞÜKÜROV,
"Yeni həyat" qəzetinin Baş redaktoru.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB