Cəlilabad rayonunda növbəti çiyələk festivalı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festival Heydər Əliyev Seyrəngahından start götürüb.
Festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş etdirilib. Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunub.
Nümayiş etdirilən əl işləri, idmançıların, rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları maraqla qarşılanıb.
Bayram konserti tanınmış incəsənət ustalarının iştirakı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB