“Sərgi kənd təsərrüfatına böyük bir dəstəkdir” - MÜTƏXƏSSİS DANIŞDI
“Caspian Agro” və İnterFood Azerbaijani” sərgiləri ölkəmiz üçün böyük bir addımdır və önəmli faydası var. Çünki burada ənənəvi toxumların nümayişi və ənənəvi toxumlardan əldə edilmiş un məmulatları barədə danışılır. Sərgi daxilində keçirilən müsabiqədə isə iştirak edən Azərbaycan aşpazları da öz sözlərini deyirlər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, yarışma sayəsində gənc aşpazlar yeməkləri modern üslubda təqdim edirlər. Hansı ki, bu onların inkişafında mühüm rol oynayır: "Sərgidə Tərəvəzçilik İnstitutunun nümayəndələri də iştirak edir. Hansı ki, dəyərli alimlərimizin nümayiş etdirdiyi toxumlar diqqəti çəkdi. Onlardan hazırlanmış çörəklər, bunun insan orqanizmi üçün faydaları barədə maraqlı məlumatlar verildi. Eyni zamanda sərgi zamanı əsas məsələlərdən biri də “itib-batmış” toxumların da yenidən kəşfi, üzərində işlənilməsidir. Bu da Azərbaycanın gələcəyi üçün kənd təsərrüfatına böyük bir dəstəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB