Xəbər başlığı seçərkən nələrə diqqət edilməlidir? - MEDİA KAPİTANLARININ DÜŞÜNCƏLƏRİ
Ötən gün Biləsuvarın Nərimankənd sakininin toyda qəfil vəfat etməsi ilə bağlı məlumat yayımlanıb. Bəzi Kütləvi İnformasiya Vasitələri isə mərhumun adının Cavanşir Məmmədov olduğunu bəhanə edərək xəbəri müğənni Cavanşir Məmmədovla əlaqələndiriblər. Belə ki, bəzi saytlar ifaçının fotosunu qoyaraq “Cavanşir Məmmədov toyda öldü” başlığı ilə xəbər yayıblar. Bu yetməyərək müğənninin özündən açıqlama belə alınıb. Sözügedən hadisədən sonra Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası bu gün açıqlama yayıb və belə təhrifin peşəkar jurnalistika prinsiplərinə zidd olduğu bildirilib. SİA mövzu ilə əlaqədar media kapitanları arasında sorğu keçirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid: “Azərbaycan jurnalistlərinin etik davranış qaydalarında da qeyd olunur ki, qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir. Bu baxımdan düşünürəm ki, bütün jurnalistlər üçün bu qayda diqqətə alınmalıdır. Son hadisələrdə də göründüyü kimi, verilmiş xəbər başlığı tanınmış bir insanın yaxınları arasında, ümumilikdə onun həyatında narahatlıq yaradıb. Vaxtilə də belə hadisələr baş verib. İnsanların vəfatı barədə dəqiq olmayan xəbərlər yayılıb. Hətta bir neçə ay əvvəl bir millət vəkili barədə də belə bir xəbər yazmışdılar. Həmin millət vəkili bununla əlaqədar mənə zəng etdi və mən məcbur qalaraq sosial şəbəkədə belə dezinformasiyaların yayılmaması üçün məlumat verdim. Nəhayət, Mətbuat Şurasının Etika Komissiyası da son hadisə barədə münasibət bildirdi. Düşünürəm ki, peşəkar jurnalistlərdə belə hadisələrə rast gəlinmir. Jurnalist olduğunu iddia edən qeyri-peşəkarlar, jurnalistikadan sui-istifadə edənlər bu cür manipulyativ yollara əl ataraq oxucu diqqətini cəlb etmək istəyirlər. Amma əksinə belə hadisələr media subyektinin etibarlılığını azaldır”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət: “Əlbəttə ki, başlıq xəbərin oxunması baxımından olduqca önəmlidir. Başlıq elə təqdim edilməlidir ki, istifadəçinin diqqətini cəlb etsin. Amma bununla bərabər başlıq həm də vicdanlı olmalıdır. Başlıq aldadıcı, qızışdırıcı və xəbərin mahiyyətinə zidd olmamalıdır. Eyni zamanda, gərəksiz yerə həyəcan yaratmağa meyilli olmamalıdır. Populyarlıq üçün can atan media təmsilçiləri xəbər başlıqlarını seçərkən qeyd etdiyim faktorları diqqətə almırlar. Hətta bəzən elə xəbərlərə rast gəlirik ki, başlıq ilə mətndə yazılanlar üst-üstə düşmür. Bu, bəzən peşəkarlığın aşağı olmasından qaynaqlansa da, çox hallarda oxucunu aldadaraq xəbərin baxış sayını artırmaq məqsədi daşıyır. Oxuyucuda güvən yaratmaq lazımdır. Xəbər başlıqlarının lakonikliyi, konkretliyi, həqiqətə uyğunluğu və s. kimi məsələlər də önəmlidir. Amma hər şeydən öncə ən önəmlisi xəbər başlığının yanıldıcı və qızışdırıcı olmamasıdır. Qızışdırıcı dedikdə cəmiyyətdə hərəkətlənməyə səbəb ola biləcək başlığı nəzərdə tuturam. Əlbəttə ki, Azərbaycan cəmiyyəti kifayət qədər savadlıdır. Amma bununla bərabər insanların hissiyatının olmadığını deyə bilmərik. Ona görə də jurnalist vicdanlı olmalıdır”.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: “Mətbuat Şurasının sözügedən xəbərdarlığının ciddi əsasları var. Bu xəbərdarlıq həm də bir çağırış rolunu oynamalıdır və bütün media orqanları, jurnalistlər də bunu nəzərə almalıdır. Xəbərlərin, məqalə və təhlillərin başlığı jurnalistikanın sütun istiqamətlərindən biridir. Çox təəssüf ki, günümüzdə bu sahədə yaranmış vəziyyət o qədər də ürəkaçan deyil. Müəyyən nöqsanlar var ki, onları mütləq şəkildə aradan qaldırmaq lazımdır. Təbii haldır ki, media orqanı xəbər başlığı seçəndə ya üstün qaydada, ya da əsas hədəflərdən biri kimi oxucu diqqətinin cəlb edilməsini əsas götürür. Bu, normal bir meyardır. Amma illər ərzində gördüklərimizi nəzərə alsaq, bir neçə məqama diqqət yetirmək lazımdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində oxucu diqqətinin cəlb edilməsi və nəyin bahasına olursa-olsun sensasiya yaratmaq tendensiyası aparıcı idi. Bu mərhələdə istənilən formada sensasiya doğuran başlıqlara rast gəlmək mümkün idi. Təəssüf ki, bu tendensiya müəyyən qədər səngisə də, bu gün də davam edir. Unutmaq olmaz ki, media fəaliyyətinin müvafiq qanunvericilik normaları artıq tənzimlənib. Yəni, başlıqdan başlayaraq məzmuna qədər dünya təcrübəsinə və milli təcrübəyə uyğun olan normalar qanunvericilik aktlarında artıq öz əksini tapıb. Eyni zamanda, qanunvericilikdə əks olunmasa belə praktikada əksəriyyət tərəfindən qəbul olunan normativlər formalaşıb. Bu normativlər xəbərlərin başlıqlarına da aiddir. Məsələn, praktikada elə başlıqlara rast gəlmək olur ki, onların seçilməsində sensasiya yaratmaq məqsədi o qədər “parlaq” olur ki, barıtı həddindən artıq çox görünür. Bu da əcaiblikdir. Məsələn, “Bu bank bağlanan digər banklardan biridir” və ya “Filankəsin avtomobilindən yüz kq qızıl oğurlandı” və s. kimi başlıqlar qoyurlar. Xəbəri açıb baxanda görürük ki, sadəcə bir şaiyədir. Həmin şaiyəni də xəbərə çeviriblər. Başlığın həm xəbər yükü olmalıdır, məzmun ifadə etməli, həm də insanların hissiyatına toxunmamalıdır. Buna kompleks şəkildə yanaşmaq lazımdır. Ən çox rast gəlinən neqativ hallardan biri odur ki, xəbərin başlığı məzmuna uyğun gəlmir. Oxucunu aldatmaq cəhdləri müşahidə olunur. Amma oxucular artıq onu aldadan başlıqların nədən ibarət olduğunu anlamağa başlayıb. Başlıq insanların şərəf və ləyaqətinə toxunmamalıdır. Xəbər başlığı oxucuda “mən bir daha belə xəbərlər oxumayacam” kimi assosasiyalar doğurmamalıdır. Media orqanları və jurnalistlər Mətbuat Şurasının etdiyi xəbərdarlıqdan lazımi nəticə çıxarmalıdır. Çıxarılan nəticə təkcə ictimaiyyətə yox, media orqanları və jurnalistlərin özünə daha çox lazımdır. Çünki xəbər başlıqları ilə bağlı qanun və qaydalara əməl olunmasa media orqanları getdikcə oxucu itirəcək. Nə vaxta qədər yalan xəbərlərlə publikanı aldatmaq mümkündür?! Xüsusilə Qarabağda gedən proseslərlə bağlı verilən əksər başlıqların açıq-aşkar yalan olduğu bəllidir. Üstəlik bu hallar yalnız saytlarda, qəzetlərdə deyil, sanballı televiziyalarda da baş verir”.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev: “Peşəkar prizmadan yanaşdıqda başlıq mövzusu media üçün çox həssasdır. Bu gün elə bir dövrə gəlib çatmışıq ki, jurnalistikada əsas məqamlardan biri də yaxşı xəbərlərin, məqalələrin yazılması ilə yanaşı, həm də onların oxudulması, təqdimatıdır. Bu baxımdan təbii olaraq media məqalələr, xəbərlər üçün başlıqlar müəyyənləşdirərkən maksimum uduşlu variant seçməyə çalışırlar. Maksimum çalışırlar ki, yazıları onu oxutduracaq başlıqla versinlər. Bəzən isə bu kontekstdə ifrata yol verilir. Bu gün artıq başlıqla mətnin uyğun gəlməməsi, başlığın yazılan yazının məğzini özündə ehtiva etməməsi adi hala çevrilib. Ona görə də Mətbuat Şurasının həyəcan təbili çalması, xüsusi xəbərdarlıq etməsi də təbii qarşılnmalıdır. Həqiqətən də bu sahədə böyük başlıqlar, bəzi hallarda özbaşınalıqlar, sərhədlərin aşılması halları var. Bu sahəyə təsadüfən düşmüş bəziləri İP üçün jurnalistikanı hörmətdən, nüfuzdan salan davranışlara yol verirlər. Onların davranışları nəticəsində media bəzi hallarda gülüş obyektinə də çevrilir. Heç uzağa getməyə ehtiyac olmur, bəzən elə özümüz bu tipli başlıqları lağ obyektinə çeviririk.
Fikrimcə, xəbər başlığı seçilərkən qızıl ortanı tapmaq daha uyğun olardı. Yəni qoyulmuş başlıq oynaq, obrazlı olmalı, yazının oxunmasına sövq etməli, həm də xəbərin və ya məqalənin məğzini təhrif etməməli, oxucunu aldatmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



