“Hər iki şöbə hər cür yeni avadanlıqlarla təmin olunub“ - SƏDR DANIŞDI
“Bu gün TƏBİB-in tabeliyində olan Xətai Tibb Mərkəzində ginekologiya və doğum şöbəsi yenidən istismara verildi. Korpusda bəzi dəyişiklər edilib və tam təmirdən sonra əhalinin istifadəsinə artıq açıqdır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, doğum evi doğum və ginekoloji olaraq iki şöbədən ibarətdir: “İcbari Tibbi Sığortanın xidmətləri zərfi çərçivəsində vətəndaşlarımıza ödənişsiz şəkildə tibbi xidmətləri tam şəkildə əhaliyə çatdıracağıq. Hər iki şöbə hər cür yeni avadanlıqlarla təmin olunub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB