Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərinə dair tələblər hazırlanacaq

Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərinə dair tələblər hazırlanacaq

Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər hazırlanacaq.

SİA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir

Bütün xəbərlər Facebook səhifəmizdə