Millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində “Drakon” obrazını canlandıran tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev barəsində məhkəmə iki il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb. Bakı Apellyasiya Məhkəməsi dünən aktyoru Cinayət Məcəlləsinin 221.3-cü ((Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilib. SİA xəbər verir ki, məhkəmə hökmündən danışan Rza Rzayevin vəkili Səlahəddin Cəfərov isə bu qərarı ədalətsiz hesab edib: “Qərarda silah dedikdə nəzərdə tutduqları telefondur. Lakin birmənalı şəkildə sübutlar saxtalaşdırılıb. Belə ki, Tural Mirzəliyev və Ülvi Quliyev əgər həqiqətən telefonla vurulmuşdularsa, niyə birinci ərizələrində bu və digər şəxs barəsində heç bir məlumat verməmişdilər? İstintaqın gedişatının 2-3-cü ayında isə telefon məsələsi ortaya atılıb. Məhkəmənin qərarını əsassız və ədalətsiz hesab edirəm. Bu qərardan yüksək instansiya məhkəməsinə şikayət edəcəyik”.
Məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycanın xalq artisti, aktyor Şamil Süleymanov isə qərarın onu çox təəccübləndirdiyini deyib: “Rzanın həbsi ilə bağlı qərar məni təəccübləndirdi. Çünki o, özünü hər zaman ağır, tərbiyəli aparıb. Heybətli bədəni özündə kövrək bir uşaq qəlbi daşıyır. Lakin mövzuya tam hakim olmadığım üçün nəsə deyə bilmirəm. Rza üçün isə çox məyusam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB