Yaş insanın əmək fəaliyyətinə mane ola bilər? - HÜQUQ MÜDAFİƏÇİSİ AYDINLATDI

Yaş insanın əmək fəaliyyətinə mane ola bilər? - HÜQUQ MÜDAFİƏÇİSİ AYDINLATDI

"Konstitusiya və Əmək Məcəlləsi ilə aşağı yaş həddi müəyyən olunub. Belə ki, 15 yaşdan aşağı şəxsləri işə cəlb etmək qadağandır. Amma yuxarı yaş həddi yalnız müəyyən hallara şamil oluna bilər. Məsələn, elə sahələr var ki, orada müəyyən yaş həddinə çatdıqdan sonra işləməyə məhdudiyyət qoyula bilər. Bura silahlı qüvvələr, hüquq-mühafizə orqanları, məhkəmələr və s. aiddir. Bu əsasən fiziki sağlamlıqla bağlı olan məsələlərdir". Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəmizdə sonda Əmək məcəlləsinə dəyişiklik edildi və büdcə təşkilatlarında çalışanlar üçün yaş məhdudiyyətləri qoyuldu: "Həmçinin, dövlət qulluğunda çalışanlar üçün də son yaş həddi 65 müəyyən olundu. Əslində isə digər vəzifələr var ki, məsələn, deputat və digər siyasi vəzifələri tutmaq üçün yaş həddi yoxdur. Büdcə təşkilatında məhdudiyyət qoyulan şəxslər özəl sturukturlarda eyni işi yeirnə yetirə bilərlər. Məsələn, dövlətdən maliyyələşən məktəbdə dərs keçən müəllim üçün 65 yaş məhdudiyyəti varsa, özəl qurumda bu yoxdur.

Onu da qeyd edim ki, yüksək diqqət tələb edən işlər var ki, burada yaş faktoru önəmlidir. Çünki o işləri yerinə yetirərkən insanın emosional vəziyyəti və digər sağlamlıq problemləri qiymətləndirilməlidir ki, özünə və digərlərinə təhlükə yaratmasın. Digər hallara şamil olunması isə düzgün deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə