“Psixoloji travmalar müxtəlif cür olur. Bəzən insanlar yaşadıqları travmanı anlaya bilmir, bəzən isə bu açıq şəkildə özünü göstərir. Bunu müəyyən etmək üçün peşəkarlara müraciət etmək daha məqsədəuyğundur. Çünki insanlar özləri ilə bağlı sosial şəbəkələrdən öyrəndiklərini düşündükləri vasitələrlə yanlış diaqnozlar verirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, travmanın birdəfəlik aradan qaldırılması ilə bağlı zəmanət yoxdur: “Travmalar bəzən uzun müddət, bəzən isə qısa müddətli müalicə tələb edir. Müəyyən hallarda isə travmaların izi qala bilir. Əslində isə heç bir hadisə insan yaddaşından silinmir. Keçmişi unutmaq artıq problem, yaddaş pozğunluğu, qısaca xəstəlikdir.
Peşəkarlar travmalı şəxslərlə çalışarkən şəxsin həmin vəziyyətə qarşı baxışını dəyişirlər. Buna görə də hadisə ilə bağlı əvvəlki emosiyaları qalmır. Yəni möcüzəvi bir hal, reallıqdan kənar nəsə baş vermir. Ümumilikdə isə insanlara sosial şəbəkələrdən öyrəndiklərini tətbiq etməməyi məsləhət görürəm. Əks təqdirdə onlar özləri və psixoloqları üçün işi daha da çətin hala gətirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB