İlin ilk üç ayı ərzində Azərbaycanda 28 minə yaxın körpə doğulub

İlin ilk üç ayı ərzində Azərbaycanda 28 minə yaxın körpə doğulub

İlin ilk üç ayı ərzində Azərbaycanda 27 min 753 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7-dən 11,1-ə enib.

SİA xəbər verir ki, AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Körpələrin 902-si əkiz, 54-ü isə üçəm doğulanlardır.

Yanvar-mart ayları ərzində ölkədə 16 min 672 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5-dən 6,7-yə qədər azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə