Psixologiya insan davranışlarının və psixi proseslərin elmi tədqiqidir. Hər insanın həyatının müəyyən dönəmində tək başa çıxa bilməyəcəyini hiss etdiyi depressiyalara düşmə ehtimalı var. Məsələn, siz artıq özünüzü tanıya bilməyəcəyinizi düşünürsünüz və ya çox düşünməkdən yata bilmirsiniz. Bundan əlavə, sizi narahat edən şeylər ola bilər. Bu halda heç nədən həzz ala bilməyə və ya mübarizə aparmaq üçün güc tapa bilməyəcəksiniz. Bununla əlaqədar problemlər yaşaya və onların öhdəsindən gələ bilməyəcəyiniz nöqtəyə gəlib çıxa bilərsiniz. Belə hallarda da mütəxəssis dəstəyinə ehtiyacınız ola bilər. Bəs psixoloq seçərkən nələrə diqqət edilməlidir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Seçəcəyiniz psixoloqun akademik göstəricilərinə baxın
Özünü psixoloq kimi təqdim edən, amma psixoloq olmayan bir çox insan var. Ona görə də müalicə almağa yaxın hiss etdiyiniz psixoloqu axtarın. Onun hansı platformalarda olduğunu öyrənin. Onun məzun olduğu universitetləri araşdırıb tapın.

Seçdiyiniz psixoloqun klinik psixoloq olması üstünlükdür
Klinik psixoloqlar müştərilərə qayğı göstərmək və terapiya tətbiq etmək səlahiyyətinə malik olan psixoloqlardır. Eyni zamanda, klinik psixoloqlar psixoloji xəstəliklər və müalicə üsulları ilə daha çox tanış olurlar. Bu səbəbdən də ətrafınızda klinik psixoloq varsa, onu seçmək daha məntiqli olardı.
Seçdiyiniz psixoloqla ilk görüşmə edin
Bir neçə baxışdan sonra hansı psixoloqu seçəcəyinizi dəqiqləşdirmək üçün telefonla bir neçə psixoloqdan məlumat alın. Ondan hansı müalicələrdən, hansı elmi metodlardan istifadə etdiyini, daha əvvəl probleminizlə bağlı müştərisi olub-olmadığını və bununla necə məşğul ola biləcəyinizi soruşun. Bu suallar müştərinin peşəkar səriştəsini göstərəcək. Eyni zamanda, psixoloqdan aldığınız enerjini analiz edin. Yaxşı enerji alsanız, müalicə almağı düşünə bilərsiniz.

İnternetdə seçdiyiniz psixoloqu axtarın
Psixoloqun yazılarını oxuyun və ya videoları varsa çıxışına qulaq asın. Psixoloqun ümumi münasibətini təhlil edin.
Seçdiyiniz psixoloqla ilk görüşdən sonra özünüzü anladığınızı hiss etdinizmi?
Terapiyanın ilk məqsədi başa düşüldüyünü hiss etməkdir. İkinci məqsəd, qeyd-şərtsiz qəbul olunmağınızdır. Bu iki əsas məqsədi hiss edirsinizsə, terapiyaya davam edə bilərsiniz. Çünki bunlar terapiya üçün əvəzedilməz qaydalar kimi görülür. Bundan əlavə, terapevtinizin diqqəti, qarşılıqlı güvən hissi və terapevtinizə rahatlıqla özünüzü ifadə edə bilmə kimi meyarları da qiymətləndirə bilərsiniz.

Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə: "Psixoloqun, ilk növbədə, diplomu olmalıdır. Həmçinin, magistr dərəcəsi vacibdir. Magistr dərəcəsi isə klinik psixologiya və ümumi psixologiya olmalıdır.
Bakalavr bitirmiş insan konsultasiya edə bilməz. Yaxud şəxs bakalavr üzrə təhsil alırsa və magistr təhsili almırsa, yenə də mümkün deyil.
İndi psixoloqların çoxu xaricdə qiyabi oxuyur. Onlar heç universitet üzü görmür. Ya da başqa universitet oxuyub, sadəcə, təkmilləşmə kursuna gedib.
Psixoloqlarda təkmilləşmə olmalıdır. Ölkəmizin psixoloqlarında bu, o qədər də yoxdur. Həmçinin, psixoloqun praktikası və iş təcrübəsi olmalıdır. Elə psixoloq var ki, deyir "Mən bütün xəstəlikləri müalicə edirəm". Əgər bir insan hər şeyi müalicə edirsə, bu, onun profesionallıqdan bir qədər uzaq olmasını göstərir. İnsanlar buna diqqət etməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB