"Ölkədə 20-yə qədər saxta İvanovka dükanı var" - QURUM RƏSMİSİ AÇIQLADI
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) uyğun sənədi olmadan heç bir məhsul böyük supermarketlərdə satışa çıxarıla bilməz. Lakin məhəllə marketləri AQTA-nın müvafiq sənədi olmayan məhsulların satış şəbəkəsidir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, kənd məhsulları adı altında məhəllə marketlərində bir çox qidalar satılır: "AQTA isə təəssüf ki, bu cür marketləri hələ də əhata edə bilməyib.
Məhəllə marketləri konkret olaraq arzyolunmaz məhsulların satış şəbəkəsidir. Bu gün ölkədə 20-yə qədər saxta İvanovka dükanı var. Hansı ki, İvanovka kəndindən cəmi iki dükana məhsul gəlir, o da məhdud miqdarda olur.
Məhəllə marketlərində məhsulların saxlanma şəraitində də problemlər var və anti-sanitariya hökm sürür. Lakin vətəndaşlar adətən bu marketlərə üstünlük verdikləri üçün bu cür marketlər də fəaliyyətlərini davam etdirirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB