Hava əhvalımıza necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ

Hava əhvalımıza necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ

"İnsanlar adətən yaxşı havalarda daha enerjili olurlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, enerjisi yüksək olan insan isə rahat gəzə və digər hərəkətləri edə bilər: "Amma hava soyuq, yaxud yağış və buludlu olduqda, bir sözlə havada problem olduqda insanlar işlərini rahat icra edə bilmirlər".

Zeynəb Eyyubova sözlərinə belə davam edib: "Hansısa işi icra edə bilməyən bir çox insan bunun günahını havada görür. Amma biz işlədiyimiz insanlarla görürük ki, bəziləri yağışda rahatladığını, digəri küləkdə gəzməyi sevdiyini deyir. Hava adətən insan həyatına mənfi təsir etmir. Sadəcə olaraq insandan-insana fərq var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə