Həftə ərzində hava necə olacaq? - QURUMDAN AÇIQLAMA

Həftə ərzində hava necə olacaq? - QURUMDAN AÇIQLAMA

“Son vaxtlarda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Hətta dağlıq ərazilərdə də qar yağır. Artıq bu gün günorta saatlarından əksər rayonlarda yağıntılarda qısamüddətli fasilə olacaq”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, 17-18 may tarixlərində əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti gözlənilir: “Bakıda isə sabah gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin mayın 17-si gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. 18 və 19 may tarixlərində paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq. Eyni zamanda, gün ərzində mülayim cənub küləyi əsəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə