Uşaqlara hansı psixoloji dəstək göstərilməlidir? - PSİXOLOQ DANIŞDI

Uşaqlara hansı psixoloji dəstək göstərilməlidir? - PSİXOLOQ DANIŞDI

"Cəmiyyətə adaptasiya olan bilməyən uşaqlarla təkcə psixoloq deyil, onu əhata edən şəxslərin hər biri bərabər işləməlidir. Adaptasiya işinin aparılması yolları müxtəlifdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, uşağın cəmiyyətə adaptasiya edilməsi üçün ilk növbədə əqli cəhətdən inkişafı düzgün olmalıdır: "Həmçinin uşaqlara müəyyən bacarıqların aşılanması da olduqca vacibdir. Uşağın cəmiyyətə adaptasiya ola bilməməsinin səbəblərinə özünə qapanmalar da aiddir. Eyni zamanda çətin tərbiyə olunan, risk qrupuna daxil olan uşaqlar da bəzən bu qəbildən sayılır. Buna görə də ilk növbədə psixoloji korreksiya işi aparılmalıdır. Bu proses də bir neçə yerə bölünür. Ümumilikdə isə uşaqların bacarıqlarını ortaya çıxarmaq, onların vərdişlərinə düzəliş etmək adaptasiya prosesində vacib məsələlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə