"Gənclərin Dostu" milli mükafatının təqdimat mərasimi keçirilib - FOTOLAR
Bu gün Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən "Gənclərin Dostu" milli mükafatının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, təqdimat mərasimi Ulu Öndər Heydər Əliyevin 100 ilik yubleyinə həsr olunub.Tədbirdə deputatlar, ictimaiyyət nümayəndələri, hüquqşünaslar, həkimlər, gənc iş adamları və fəallar iştirak ediblər.
Tədbirdə çıxış edən Təşkilat Komitəsinin koordinatoru Anar Sarıyev Ulu Öndərin əziz xətirəsindən bəhs etmiş, dövlət gənclər siyasətinin həyata keçirilməsində atılan addımları vurğulamışdır: “Azərbaycan gəncliyi Heydər Əliyev idealarına sadiqdir, onun layiqli davamçısı möhtərəm cənab Prezidentimizin ölkə gəncliyinə yaratdığı şəraitə və imkanlara görə bir daha təşəkkür edirik”.
Gənclərin Dostu Milli mükafatı artıq 14 cü dəfədir ki, öz sahiblərinə təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB