Qidaya qarşı allergiya ölümə səbəb ola bilər ? - MÜTƏXƏSSİS DANIŞDI
“Bir çox insanlarda qidaya qarşı allergiyalar olur və bu prosesə laqeyd yanaşılmamalıdır. Çünki bu hər hansı bir oqarnizmin immun sisteminin bir maddəyə qarşı həddindən artıq çox həssas olması deməkdir. Buna isə daha çox zülal tərkibli qidalarda rast gəlinir. Hər bir insan orqanizminin hansı qidaya qarşı allergiyası olduğunu bilməlidir. Çünki allergiyanın əlamətləri bir çox hallarda qaşınma, dəridə səpki, qızarıqlıq, üzün şişməsidir. Lakin ağır formada tənginəfəslik, qusma, soyuq tər basması, ishal, qarında ağrı kimi də özünü göstərə bilir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, bu cür allergik hallara xüsusilə 6 aya qədər ana südü ilə qidalanmayan orqanizmlərdə daha çox rast gəlinir: “Bir çox insanlarda bu yarım saat ərzində özünü göstərirsə, digələrində isə 24 saatdan 72 saata qədər olan müddət öz təsirlərini büruzə verir.
İnsanların bəzən bir deyil də, bir neçə qidaya allergiyası olur. Hansı ki, həmin qidanın ikisini eyni anda qəbul etmək artıq ölümə qədər yola aça bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB