Bakıda ağaclar qanunsuz kəsilib- FOTO

Bakıda ağaclar qanunsuz kəsilib- FOTO

Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

SİA-nın məlumatına görə, Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.

"Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır", - Q.Ağayev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə