İtkin düşən azərbaycanlı ilə bağlı Belçikadakı səfirliyə müraciət edilib

İtkin düşən azərbaycanlı ilə bağlı Belçikadakı səfirliyə müraciət edilib

Belçikada itkin düşən Azərbaycan vətəndaşı ilə bağlı axtarış aparılır.

SiA xəbər verir ki, mayın 8-də Belçikada itkin düşən 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə də müraciət edilib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə yaşayan Nizami Məmmədov sonuncu dəfə mayın 8-də paytaxtdakı klinikaların birinin yaxınlığında görülüb.

İtkin düşən şəxsin bacısı Sevil Abbasova APA-ya qardaşının bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alması, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkməsi barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə