Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - DİQQƏT!

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - DİQQƏT!

Bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 12-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə