"Ölkənin bir hissəsinin məhv edilməsini görmək həqiqətən kədərlidir"

"Ölkənin bir hissəsinin məhv edilməsini görmək həqiqətən kədərlidir"

İlk dəfədir ki, buradayam. Ölkənin hər hansı bir hissəsinin bu şəkildə məhv edilməsini görmək həqiqətən kədərlidir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən isveçli səyyah Ulla Gytel deyib.

Səyyah bildirib ki, insanların əraziləri yenidən qurmağa çalışması və minalardan təmizləməsi çox gözəldir. “Minaların təmizlənməsi çox çətin prosesdir. Mən heç vaxt minaların zərərsizləşdirilməsi prosesini izləməmişəm. İnsanları buraya gətirmək çətindir. Düşünürəm ki, insanlar buraya təbiəti seyr etməyə, gəzməyə gəlməlidirlər. Mən ətraf mühitin qorunması və mühafizəsi üçün çalışmağı çox sevirəm”, - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə