DVC nümayəndə heyəti İstanbul şəhərində səfərdə olub - FOTOLAR

DVC nümayəndə heyəti İstanbul şəhərində səfərdə olub - FOTOLAR

Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı və Milli Debat Proqramının üzvləri 4-5 may tarixlərini əhatə edən Gənc Sahibkarların II Forumu və V Gənc Liderlər Forumunda iştirak edib. SİA xəbər verir ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyini təşkilatın üzvləri Əli İsgəndərli, Aydan Hüseynova, Mirzəli Mirzəliyev, Əli Məmmədov təmsil edib.

İstanbul şəhərində keçirilən tədbirə Azərbaycan Respublikasının Gənclər və İdman naziri müavini İndira Hacıyeva, Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, türkdilli ölkələrin gənclər sahəsinə məsul rəhbər şəxsləri, həmçinin fəal gənclər qoşulublar.

Daha sonra tədbir şəbəkələşmə sessiyası, panel müzakirələri və digər fəaliyyətlərlə davam edib.

Forumun məqsədi üzv dövlətlər arasında gənclər sahəsində qarşılıqlı əməkdaşlığı təşviq etmək, gənclərin qərarvermə proseslərində fəal iştirakına uyğun mühitin yaradılması, üzv dövlətlərdə layihələr və təcrübələrlə bağlı biliklərin toplanmasıdır.

Üzv dövlətlər sırasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə