Siz heç "Gözəl qızdır, amma hər yeri estetikdir" deyən qadınlar görmüsünüz? Əksər kişilər adətən bu məsələlərə o qədər də diqqət etmir. Onlar daha çox nəticəyə, yəni qadının göəzl olub, olmamasına diqqət edirlər. Qadınlar isə əksinə. Qadın digər qadınla daim rəqabətdədir. Araşdırmalar göstərir ki, qadınlar daim başqa qadınlar haqqında "Bu qədər estetik əməliyyat etdirsəm, mən də dünya gözəli olaram", "Ona bax, hər yeri estetikdir", "Yanaqlar dolğu, dodaq şişirdilmiş və heç təbii deyil" deyirlər.

Əslinə qaldıqda, hər qadın gözəlliyi üçün özünə müəyyən müdaxilələr edir. Məsələn, dırnaqlarımızın təbii halını və rəngini bəyənməyib manikur etdiririk, yaşlanmanın simvolu olan ağ saçlar gördükdə həmin an saçımızı boyadırıq və s. Bu məsələlərdə kişilər qadınlardan çox rahatdır. Məsələn biz, bədənimiz, yaxud üzümüzdəki tüklər üçün mütəmadi lazerə gedirik. Yaxud boyumuz qısa olduqda hündürdaban ayaqqabıdan istifadə edirik. Bu da qadınlar arasında rəqabətdir.
Qadınlar bir-biri ilə niyə rəqabət aparır?
SİA mövzu ilə bağlı araşdırma aparıb.

Uşaqlıqdan bəri əskik olan "dəyər" hissi.
Əksər qız uşaqları daim oğlanlarla eyni haqqa sahib olmadıqlarını bilərək böyüyür. Buradan da dəyərsizlik hissi başlayır.
Həmcinsləri ilə düşmənçilik edən qadınların 3 ümumi xüsusiyyəti:
Əksər qadınların ən pis xüsusiyyəti düşmən qadını qazanmaqdır. Eyni cins arasında münaqişə daha çox qadınlarda olur. Bunun səbəbi bəzən qısqanclıq, bəzən də nifrətlə əlaqələndirirlər.
1. Kompiliment edərkən eyni zamanda qarşısındakı qadını içdən-içə təhqir edirlər.
2. Sirrinizi öyrənmək üçün sizinlə səmimi olub sonra isə hər yerdə bildiklərini danışırlar.
3. Qiymətləndirməyi bilmirlər. Onlar elə bilirlər ki, hər şeyi yaxşı edən tək onlardır.
Öz oğluna bakirə qız axtaran qadındır. Oğluna dul qadın istəməyən də qadındır. Oğlan uşağı doğduğu üçün özünü digər qadınlarda üstün görən də qadındır.
Qadın öz aləmincə həmcinsinə rol müəyyən edən, onun bütün hərəkətlərini tənqid edən, onunla səmimi olub sirrini öyrənib başqası ilə paylaşandır.

Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə: "Təbiətcə qadın və kişi çox fərqlidir. Amma cinslər bir-biri ilə rəqabətdə ortaq nöqtədədirlər. Həmin xüsusiyyət hər iki cinsdə var. Qadınlar daim digər qadınlara qarşı qısqanclıq hissini yaşayır. Amma bütün qadınlar bunu etmir. Yəni, özgüvəni yüksək və tam özünə inamı olan qadınlar bu xüsusiyyətdən uzaq durur. Yəni, əsas səbəblərdən biri özgüvənsizlikdir.
Bir qadında özgüvən olmasa, o zaman qadın öz həmcinsini qısqanır. Partnyoru olduqda isə qadını partnerinə qısqanır. Amma partnyoru olmadıqda, sadəcə, rəqiblik hissini üzə çıxarır.
Bəzən elə bilirlər ki, qadınlar əgər bəzənirsə, deməli, bu kişilər üçündür. Xeyr, bu heç də belə deyil. Qadının bəzəməsinin əsas səbəbi öz həmcinsinə meydan oxumaq və ondan daha yaxşı olmaq istəyinə görədir. Amma insan psixotipləri arasında bunu hər bir cinsə aid etmək olmaz. Xüsusi ilə insan psixotiplərinin B qrupuna aid etmək olar. Yəni, narsist, istərik, sərhəd və antisosial tiplər belə edir.
Digər qruplardan olan insanlar isə bəzənməyə meyilli deyil, ya da özgüvənsizdir. Yaxud da B qrupundan olanları kopyalayır.
"Qadın qadının düşmənidir" demək tam olaraq belə deyil. Amma rəqibi desək, daha məqsədəuyğundur. Bu rəqiblik də təbiidir. Amma qadınlarda özgüvənsizlik olsa, o zaman bu düşmənliyə yol aça bilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB