Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu genişləndirilir- Dövlət Agentliyi

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu genişləndirilir- Dövlət Agentliyi

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi zamanı ətraf mühitə daha az zərər verilməsi ilə bağlı təhlillər aparılıb və ən yaxşı variantın mövcud yolun genişləndirilməsi olduğuna qərar verilib.

SİA xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki, ətrafa mühitə təsir göstərən amillərə baxılıb və təhlil edilib.

"Ekoloji baxımdan alternativlər dəyərləndirildi və qərara gəlindi ki, ən yaxşı variant mövcud yolun genişləndirilməsidir", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə