“Virtual kitabxana Ulu Öndər Heydər Əliyevin adınadır” - SƏDR DANIŞDI

“Virtual kitabxana Ulu Öndər Heydər Əliyevin adınadır” - SƏDR DANIŞDI

“Bugünkü tədbir Hüquq və İnsan Hüquqları sahəsində virtual kitabxananın açılışına həsr olunub. Virtual kitabxana Ulu Öndər Heydər Əliyevin adınadır və ilk dəfə olaraq Azərbaycanda insan haqları və hüququn müxtəlif sahələrinə dair yazılan kitab, monoqrafiyalar bir yerə toplanılıb”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanlı alim və tədqiqatçılarının insan haqlarına dair yazdıqları vəsaitlər rus, Azərbaycan və ingilis dilindədir: “Platformadan istifadə tamamilə ödənişsizdir və hər hansı bir qeydiyyat tələb olunmur. Çalışacağıq ki, kitabxananı daha da zənginləşdirək”.

Bütün xəbərlər Facebook səhifəmizdə