Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azad Azərbaycan” qəzetinin çöbə müdiri, Ulu Öndər Heydər Əliyev siyasətinin mahir bilicisi və təbliğatçısı, Dahi siyasətçinin ictimai-siyasi fəaliyyəti haqqında çoxsaylı elmi, siyasi və publisistik məqalələrin, eyni zamanda 2010-cu ildə çapdan çıxmış “YAP dünənin, bu günün və sabahın partiyasıdır” adlı kitabın müəllifi Dəmir Qurbanlının yeni kitabı işıq üzü görüb. Bu barədə SİA-ya açıqlamasında müəllifin özü məlumat verib.
“Müasir, müstəqil dövlətçilik tariximizin banisi” adlı yeni kitabı Dəmir Qurbanlının Ulu Öndərin 100 illik yubileyinə həsr etdiyi ən böyük hədiyyəsidir. Müəllif “Qızıl Qələm”, Azərbaycan bayrağı və “Xalqın nüfuzlu ziyalısı” mükafatları ilə də təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB