Uşaqlar cinsi münasibət haqqında nə zaman məlumatlandırılmalıdır? - ARAŞDIRMA

Uşaqlar cinsi münasibət haqqında nə zaman məlumatlandırılmalıdır? - ARAŞDIRMA

Amerikada yeniyetmələrin niyə belə gənc yaşda cinsəllik yaşamaq istəməsi ilə bağlı bəzi araşdırmalar aparılıb. 3 araşdırmanın nəticələrinə görə, cinsi aktiv gənclərin ətraf mühit amillərindən, qarşı tərəfin yaşından, ailənin ya əhəmiyyət vermədiyi, ya da xüsusilə, oğlanlara dəstək verdiyi qənaətinə gəlinib.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Amerika İctimai Sağlamlıq Assosiasiyasının iclasında Kentukki Universitetinin tədqiqatçıları Kentukki və Ohayo ştatlarının 17 məktəbindən 9-11-ci siniflər arasında olan 13-19 yaş arası 950 yeniyetmənin tədqiqatını təqdim ediblər. Nəticədə cinsi əlaqədə olan gənclərin digər dostlarının əslində cinsi əlaqədə olmasalar da cinsi əlaqədə olduqlarını düşündüyü üzə çıxıb.

Kentukki məktəbinin sağlamlıq bölməsində Dosent Katharine Atvooda görə, o yaş qrupundakı gənclər dostları arasında bu vəziyyəti şişirdirlər və hətta cinsi əlaqədə olmayan dostları belə, bu təcrübəni yaşamış kimi davranaraq bir-birlərinə təsir edə bilirlər”.

Vermont Universitetinin psixologiya professoru Harold Leitenberqin dediyinə görə, gənc qızlar ilk cinsi təcrübəni 12-13 yaşlarında görəndə, adətən, özlərindən 5-6 yaş böyük partnyor seçirlər.

Xüsusilə qızlar üçün erkən cinsi təcrübə bəzi davranış problemlərini də gətirə bilər. İntihar meyilləri, spirt istifadəsi, narkotik istifadəsi, məktəbdən yayınma və hamiləlik ən çox rast gəlinən problemlərdir.

Türkiyədə xüsusilə son 6-7 ildə yetkinlik yaşı 9-a, seksuallıq yaşı isə 14-ə enib. Əvvəlki illərdə yetkinlik yaşı 12-14, seksuallıq yaşı isə 20-21 yaş idi.

Avropada aparılan bir araşdırmada, erkən yetkinlik dövrünə girən uşaqların erkən cinsi təcrübələr yaşadığı ortaya çıxdı.

Yetkinlik yaşının azalmasının səbəbləri:

1. Proteinli qidaların istehlakının artırılması,

2. Kimyəvi və hormonlu qidalar

3. Sosial-iqtisadi sahədə inkişafı zənginləşmə kimi sıralamaq olar.

Ölkəmizdə hətta 100 faiz ailələr yeniyetmə övladlarının cinsi təcrübəyə malik olmasını üstün tutmurlar. Ona görə də ailələr övladlarını yetkinlik yaşına çatan andan etibarən cinsi əlaqə və o yaşda cinsi təcrübənin mənfi nəticələri barədə xəbərdar etməlidirlər.

2002-ci ildə Minnesota Universitetində nəşr olunan bir araşdırma, 13-19 yaşlı gənclərin anaları uşaqlarının həyatına qarışdığı və uşaqları ilə cinsi məlumatları paylaşdığı zaman yeniyetməlik dövründə cinsi təcrübəyə marağın itdiyi aşkar edib.

Bu araşdırmaya görə:

1. Yeniyetmələr analarının onların cinsi əlaqədə olmasını əsla istəmədiyini bilirlərsə, çox vaxt cinsi əlaqədən uzaq dururlar.

2. Ana ilə uşaq arasındakı bağın gücü sözdən çox daha təsirlidir.

3. Analar uşaqlarına qorunma ilə bağlı nəsihətlər verirlərsə, yeniyetmələr bunu ananın cinsi əlaqəni bəyənməməsi kimi görmürlər.

4. Dünyada “Övladımla münasibətimiz çox yaxşıdır” deyən anaların 14-15 yaşlı uşaqlarına baxdığımızda bu uşaqların cinsi təcrübələri olduğu, ancaq analarının bundan xəbərsiz olduğu görülüb.

Analar qızları ilə güclü bağlar saxladıqda, ana-qız rəfiqə olduqda, onların erkən yaşda cinsi təcrübə yaşamalarına mane ola bilərlər.

Oğlanlar da atalarından daha çox təsirlənirlər və bu təcrübəni yaşamadan ataları ilə danışa bilərlər və ya ataları uşaqları ilə danışa bilər. Çünki kişi cinsindən olan yeniyetmələrin eyni yaş qrupundan olan dostların təsiri altına düşməsi çox yayılıb. Ona görə də atalar bu vəziyyəti bəyənmədiklərini və o yaşda cinsi əlaqənin mənfi tərəflərini oğluna izah etməlidir.

Uşaqları o yaşda çox azad buraxıb onların da fərd olduqlarını, özbaşına düşünüb qərar verə biləcəklərini düşünmək çox yanlışdır. Onlar fərddirlər, lakin düzgün düşünmək və düzgün qərar vermək üçün kifayət qədər yaşlı və təcrübəli deyillər.

ABŞ-da aparılan başqa bir araşdırmada, yeniyetmələrin üçdə ikisi cinsi təcrübələrindən peşman olduqlarını söylədilər. Xüsusilə yeniyetməlik dövründə bu uşaqların valideynlərinin rəhbərliyinə çox ehtiyacı olur.

Özünə güvənən, valideynləri tərəfindən sevildiyini və ailədi ilə yaxşı bir əlaqəyə malik olduğunu düşünən yeniyetmə qızlar ilk cinsi təcrübəni böyük yaşlarda edirlər.

Əsasən valideynləri ilə yaxşı ünsiyyət quran yeniyetmələr cinsi təcrübəyə ehtiyac duymurlar. Çünki onlar başqa məşğuliyyətlər axtarmaq və başqaları tərəfindən qəbul olunmaq istəmirlər. Bu halda xüsusən də qadın yeniyetmələr kişidən diqqət istəməzlər.

“The Journal of Adolescent Sex”də dərc olunan məqalədə Doktor Moraski deyir: “Yeniyetmələr həmişə valideynlərindən asılı olmayan bir həyat sürməli olduqlarını, etdikləri hər şeydən xəbərdar olmalarına ehtiyac olmadığını, böyüyüb və təkbaşına qərar qəbul edəcəklərini düşünürlər. Onlar özlərini dərk edəndə ailədən üz döndərərək həmyaşıdları ilə məlumat mübadiləsi aparmaq istəyirlər. Amma problem dostlarından aldıqları məlumatların düzgün olmamasıdır. Ona görə də elə düşünməyin ki, böyüdülər və azad buraxmalıyıq. Onlarla danışın, məsləhət verin, bağlarınızı möhkəm tutun”.

“Journal of Milbank Quarterly”də dərc olunan məqalədə valideynləri siqaret çəkən yeniyetmələrdə siqaret və spirtlə tanış olma yaşı azalır və ilk cinsi təcrübələrini mühit tapdıqları zaman yaşayırlar.

Oğlunuzun və ya qızınızın düşündüyünüzdən daha çox seksuallıq yaşadığına dair əlamətlər var. Uzun müddətli tədqiqatlar göstərdi ki, siqaret, alkoqol və digər narkotik istifadəsi cinsi təcrübə ilə yanaşı gedə bilər və yeniyetmələr bunu sınayırlar.

Övladlarınızı 10 yaşından etibarən aşağıda göstərilən qaydada öyrətmək məsləhət görülür:

- Yeniyetmənizi evdə tək qoymayın. Onunla evdə əyləncəli şəkildə vaxt keçirin.

- Uşağınızın və dostlarının məsləhət vermədən nə danışdıqlarına qulaq asın ki, onun təhlükələrdən qoruya biləsiniz.

- Övladlarınızdan gələcəyə dair ümidlərini və arzularını soruşun, onları həvəsləndirin. Beləliklə, onların həyatını neqativə aparacaq hadisələrin qarşısını almış olarsınız.

- İstedadları inkişaf etməyə başlayanda onların ən böyük dəstəkçisi olun.

- Günahlandırmadan və təhdid etmədən uşaqlarınıza sağlam olmayan və ağılsız cinsi əlaqənin bir çox risklərinin olduğunu və cinsi yolla keçən xəstəliklərin olduğunu izah edin. Onları çox sevdiyiniz üçün bu barədə danışmağı zəruri hesab etdiyinizi və gələcəkdə əziyyət çəkmələrini istəmədiyinizi bildirin.

- Söhbət qapılarını onların üzünə açıq tutun və danışdığınız şeylərin sizin aranızda qalacağını deyin.

- Davranışları ilə nümunə olmalarını xatırladın.

Bunları edin:

- Qızlarınıza menstruasiyanın nə olduğunu izah edə bilərsiniz.

- Oğlanlarda gecələr alt paltarlarını islatmaqdan danışın.

- Cinsi cazibənin təbəssümlə başladığını, öpüşməyə, toxunmağa keçə biləcəyini və bundan sonra cinsi əlaqənin baş verə biləcəyini izah edin.

- Qızlara oğlanın üzünə baxaraq “Xeyr” deməyi öyrədin.

- İzah edin ki, bəzən qızların uzağa baxıb heç nə deməməsi oğlan tərəfindən yanlış qiymətləndirilə bilər və bu cinsi istismara səbəb ola bilər.

- Uşağınızın fikirləri, dili və normaları haqqında məlumat əldə edin.

- Onlara cinsi yolla keçən xəstəliklər və QİÇS-in bədən mayelərindən keçə biləcəyini izah edin. Bu cür fəaliyyətlərdən uzaq durmalı olduqlarını vurğulayın.

- Nə vaxt cinsi əlaqə yaşaya biləcəkləri barədə övladlarınızı məlumatlandırın.

Oğlanlar atalarından nəyin uyğun, nəyin uyğun olmadığını eşitsələr, daha məqsədəuyğun olardı. Yaxşı olar ki, analar oğullarına qadınlardan, atalar qızlarına kişilərdən danışsınlar.

Yeniyetmələrin QİÇS və cinsi yolla keçən xəstəliklər haqqında məlumatı olsa da, onların bu məsələyə əhəmiyyət vermədiyini görürük.

Cinsi aktiv yeniyetmələrin 10%-dən az hissəsi davamlı olaraq prezervativdən istifadə edir. Yeniyetmələrdə sifilis və süzənək xəstəliyinə çox rast gəlinir.

Amerika yeniyetmələrin hamiləliyi və doğumunda lider ölkədir. 20 yaşından əvvəl hamilə qalan qadınların sayı isə ildə 1 milyondur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə