Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 9-na olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Gədəbəydə dolu düşüb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı: Şəkidə 11.0 mm, Gədəbəydə 5.0 mm, Qaxda 4.0 mm, Mingəçevir, Daşkəsən, Göygöl, Yevlax, Maştağa, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Ağdam, Oğuz, Zaqatala, Quba, Qusar, Xaltan, Şahdağ, Tərtərdə 1.0-3.0 mm olub.
Dolu: Mayın 08-də Gədəbəy rayonunda 17:35-17:43 radələrində diametri 8 mm olan, rayonun Söyüdlü, Pirbulaq-Ərtəpə kəndlərinə dolu düşüb.
Külək: Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ceyrançöl, Mingəçevir, Şərurda 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu: Mayın 08-də iqlim norması daxilində olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-23° isti, Naxçıvanda 25-29° isti, dağlıq rayonlarda 15-20° isti, aran rayonlarında 25-29° isti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB