Bağçada Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı “Kidsphere” adlı özəl uşaq bağçasında tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Ulu Öndərin fotosu önünə güllər düzməklə və Azərbaycannın himninin balaca Heydərçilərin səsləndirməsi ilə başlayıb.
Sonra bağça müdirəsi Arzu Məhərrəmova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.
Tədbirdə bağçada müxtəlif qrupların müəllimələrindən Höküməxanım Abdullayeva, Afaq Abdullayeva, Səbinə Abbasova, Xatirə Səfərli, Aynur Salmanova, Nazpəri Abdullayeva, Günel Meybalıyeva, Xuraman Səfərovanın təşkilatçılığı ilə uşaqlar Ulu Öndərə aid müxtəlif kompozisiyalar hazırlayıb, şeirlər səsləndiriblər.
Tədbirin bədii hissəsində həm də balaca Heydərçilər Ulu Öndərə həsr edilmiş mahnılar oxuyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB