9 May 2023-ci il tarixdə 1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatmasının 78 illiyi qeyd olunacaq. “Böyük Vətən müharibəsi” kimi tarixə düşən bu müharibəyə Azərbaycan 600 mindən çox oğul və qız göndərmişdi. Onlardan 40 min nəfəri könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycandan cəbhəyə səfərbər olmuş 600 min adamdan yarıdan çoxu həlak olmuş və itgin düşmüş, 123 nəfəri isə sovet ittifaqı qəhrəmanı adına layiq görülmüşdü. Müharibə illərində ordu sıralarında nəinki azərbaycanlı kişilər, hətta qocalar və qadınlar da səfərbər olmuş,qəhrəmanlıqları ilətarixə düşmüşdür.
Bu müharibə əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil ,ilk növbədə motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşımlarının müharibəsi olmuşdur. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Müharibə illərində Bakı bütün ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. Bir sözlə 1941-1945-ci illər müharibəsində Azərbaycan xalqı daha çox itgilərə və məhrumiyyətlərə məruz qalmış, düşmən üzərində qələbə qazanılması üçün var qüvvəsini sərf etmişdir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndən sonra müharibə veteranlarına münasibət dəyişmiş, onların xidmətləri çox yüksək qiymətləndirilmişdir. Ulu öndər veteranlara dövlət qayğısı göstərilməsi haqqında 1994-cü ildə müvafiq fərman imzalamışdı. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqqət və qayğı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Aəzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Ölkə Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 60 illiyinə, 65 illik və 75 illik yubileylərinə həsr olunmuş tədbirlər keçirilmişdir.
Təəssüf ki, müasir dünyamızda o cümlədən qonşu Ermənistanda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.
30 il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qaxdı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Qəhrəman Azərbaycan Ordusu Müzzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu və Tarixi Zəfər qazanıldı.
Ümummilli Lider heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə veteranlarını və onların ailələrini şəxsi nəzarətində a\saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi üçün ardıclı tədbirlərin gğrülməsini təmin edir.
Hər il müharibə iştirakçılarına, həlak olanların dul arvadlarına , arxa cəbhədə fədəkar əməyə görə orden və medallarla təltif olanlara birdəfəlik yardımın miqdarı artırılır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı və onun igid oğlanları 1941-1945-ci illər müharibəsində qələbə ilə başa çatdırılmasında böyük rol oynamışdır.
Rauf Əliyev,
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB