Uşaqlar həcc ziyarətinə nə vaxt gedə bilər? - QURUM RƏSMİSİ AÇIQLADI

Uşaqlar həcc ziyarətinə nə vaxt gedə bilər? - QURUM RƏSMİSİ AÇIQLADI

“Həcc ziyarətinə uşaqlar da gedə bilər. Burada yaş həddi yoxdur”.

Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, uşaqları valideynləri istəsə həddi-bülluğ yaşına qədər özləri ilə həcc ziyarətinə apara bilərlər: “Çünki uşaq həddi-bülluğ olduqdan sonra ona həcc ziyarəti vacibdir. Belə ki, oğlanlara 15, qızlar üçün isə 9 yaşdan sonra həcc ziyarəti vacib ola bilər. Təbii ki, maddi durum da burada rol oynayır. Həccə əsasən maddi durumu olan insanlar gedə bilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə