Bu gün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən KİV nümayəndələri arasında VIII atıcılıq turniri keçirilir. SİA xəbər verir ki, turnirdən öncə iştirakçılar Fəxri Xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Ziyarətçilər Ulu Öndərin məzarı önünə gül dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsində medianın rolunun artırılmasıdır. Turnirdə hər biri 3 nəfərdən ibarət 19 komanda iştirak edir.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il keçirilən turnirdə iştirakçılar üçün xüsusi geyimlər təşkil olunub.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB