Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiya zamanı Tərtər şəhərinin Rasim Mürsəlov küçəsində 200 ədəd Eldar şamı əkilib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və şəhər sakinləri aksiyada fəal iştirak ediblər.

Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə