“Estetik əməliyyatlar şəxsin özgüvən zəifliyindən xəbər verir” - PSİXOLOQ DANIŞDI
“Estetik əməliyyat etdirənlərin real və qeyri-real səbəbləri var. Əgər həqiqətən estetik olaraq insan özünü bəyənmirsə, fərqli cür hiss edirsə, bu zaman təbii ki, dəyişiklik etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, lakin bəzi hallarda insanlar hər şey qaydasında olduğu təqdirdə özlərində qüsur görür və ya axtarırlar: “Hətta bəzən eyni əməliyyatın bir neçə dəfə edildiyinin də şahidi oluruq. Buna səbəb isə şəxsin artıq mükəmməliyətçi olmasıdır.
Ümumilikdə isə estetik əməliyyatlar fərdin seçiminə görə dəyişən bir prosesdir. Bəziləri həqiqətən ciddi problem olduğunu düşündüyü üçün etdiyi təqdirdə, bəziləri sadəcə öz mükəmməliyyətçiliyini ortaya qoyur. Hər bir halda eyni orqanın dəfələrlə estetik əməliyyat edilməsi şəxsin özgüvən zəifliyindən xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB