“Faşizmin darmadağın edilməsində millətimizin böyük əməyi var” - DEPUTAT DANIŞDI
“Azərbaycan xalqı ikinci Dünya müharibəsi illərində anti-hitlerçi koalisiyaya daxil olan xalqların nümayəndələri ilə birlikdə nasizm və faşizm üzərində qələbə qazanılmasında, dünyanın bu taundan xilas edilməsində müstəsna rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, o zaman Azərbaycan müstəqil olmasa da, özünün təbii sərvətləri ilə düşmən üzərində qələbə qazanılmasına töhfəsini verib: “Bundan başqa azərbaycanlılar partizan hərəkatında, anti-faşist müqavimət hərəkatında yaxından iştirak edərək, qələbədə müstəsna rol oynayıblar. Nasizmin və faşizmin darmadağın edilməsində, bir çox ölkələrin işğaldan qurtarılmasında millətimizin böyük əməyi var”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB