Dəfn pulu kimə verilir? - HÜQUQŞÜNAS AÇIQLADI

Dəfn pulu kimə verilir? - HÜQUQŞÜNAS AÇIQLADI

“Dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə verilir”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum pensiyanın 3 misli qədər vəsait ödənilir: “Yaşa görə müavinət alan və sığortaolunan şəxs vəfat etdikdə isə 350 manat məbləğində birdəfəlik müavinət ödənilir. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.

Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəfat edən şəxsin ailə üzvlərin ə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.

Bu məsələ üçün DOST Mərkəzlərinə yaxınlaşa, bələdiyyədən də arayış alına bilər. Arayış verilir ki, ölüm xərclərini kim həyata keçirəcək. Bununla da həmin şəxslər dəfn pulu alınır.

Əgər sığortaolunandırsa, Sığorta qurumumun müvafiq arayışı DOST Mərkəzlərinə təqdim olunmalıdır. Bunu da dəfn edən adam verməlidir. Dəfn pulu 5 gün ərzində həmin adamın balansına ödənilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə