"Ölkəyə Gürcüstandan ucuz və mənşəyi bəlli olmayan toyuq ətləri gəlirdi. Bir ara bu toyuq ətləri dönərxanalara çox yayıldı. AQTA tərəfindən aparılan yoxlamalardan sonra həmin toyuqlar sıradan çıxarıldı. İndi yenə də üçü 10 manata mənşəyi bəlli olmayan toyuqların satışı müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, bunlar kəsimi, daşınması məlum olmayan, mikrobioloji çirklənməyə məruz qalaraq satılan toyuq ətləridir ki, ucuz qiymətə başa gəlir: "Bu da dönərxana sahibləri üçün maliyyə baxımından sərfəli hesab olunur. Bəzən isə görürük ki, dönərləri hazır vəziyyətdə, yəni şişə taxılmış halda satışa çıxarırlar. Bu zaman toyuğun dərisi, çıxıntılarından hazırlanmış farj dönər ətinin arasına vurulur. Təbii ki, bu da maliyyəti aşağı salır. Dönərin 1 manata satılması absurddur və mütləq araşdırılmalıdır. Belə ucuz qiymətə satış edən müəssisələr məhsulun keyfiyyətini, müştərilərin sağlamlığını düşünmür. Amma necə deyərlər, ucuz ətin şorbası olmaz".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB