“Sofiya bəyannaməsi jurnalistikanın səlahiyyətlərini müəyyənləşdirdi. Burada əsas missiya ictimaiyyətin marağında olan xəbərləri tapıb, onlara təqdim etməkdir. Digər bir tərəfdən isə dövlət və hakimiyyətin işinə nəzarət kimi qəbul edilir. Müxtəlif dövrlərdə jurnslistikanın fəaliyyət istiqamətlərini fərqli yerlərə çəkmək üçün çoxsaylı cəhdlər olsa da, bunlar heç bir işə yaramayıb”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.
Onun sözlərinə görə, Azərbaycan mətbuatı hər xəbərə xəbər kimi yanaşmır: “Jurnalistlər istənilən xəbəri cəmiyyətə sırımır. Bu missiyanı yerinə yetirmək asan başa gəlmir. Jurnalist fəaliyyətini yerinə yetirərkən verdiyimiz şəhidləri heç zaman unutmuruq. Dünyada da bu belədir. Bu gün dünyada öz missiyasını yerinə yetirərkən həyatını itirən şəxslərin sayı 2800-ə yaxındır. Hazırda isə beynəlxalq səviyyədə jurnalistlərin daha yaxşı müdafiəsi üçün yeni qərarlar qəbul olunması gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB